www.az-love.tk
Ana sayfa
Sevgi
Islam
Eylence
Qan Yaddasi


Letifeler


***
Bir gün bir proqramçı uşaq rəssama yaxınlaşıb deyir:
- Əmi siz rəssamsızın?

Rəssam:
- Bəli, nədir ki?
Uşaq:
- Bilmək istəyirdim ki, siz şəkilləri hansı formatda çəkirsiniz?


***

 

- Təzə lətifə bilirsən?
- Yox.
- Nədi, sənin də internetini kəsiblər?

 


***

-Gəncliyimdə mən rəssam olmaq istəyirdim.Lakin həkim oldum.
-Bəs fikrinizi nə üçün dəyişdiniz?
-Rəssamın səhvləri göz qabağında olur, həkimin səhvlərini isə torpaq gizlədir

 


***

Bir dəfə Pənahəli xan uzaq səfərə çıxarkən, Qulunu da özü ilə götürür. Yolda onlar bərk yorulduqlarından atları otluğa ötürür, özləri isə ağac kölgəsində dincəlirlər. İstirahətdən sonra xan bərk acdığını hiss edərək üzünü Lotu Quluya tutub kinayə ilə soruşur:
- Ay Qulu, bu cür istirahətdən sonra, bir badımcan dolması, özü də sarımsaqlı qatıqla olsadı yeyərdinmi?
Qulu bilir ki, xan onu dolayır, bu düzün ortasında onlara sarımsaq-qatıqla dolma verən olmayacaq. Odur ki, xanın sualına belə cavab verir:
- Xan sağ olsun, mən badımcana qulluq etmirəm, sizə qulluq edirəm

 


***

Günün birində Molla evə gəlib baxır ki, içəridə oğru var. Oğru Molladan qorxur, Molla oğrudan. Bir müddət ikisi də donub qalır. Handan hana oğru özünə gəlib qaçmaq istəyir. Molla çar-naçar atılır oğrunun üstünə. O bunu yıxır, bu onu yıxır, axırda Molla oğrunu üstələyir, ayaqlarını bağlayır, uzadır evin ortasına. Özü də gedir hakimin yanına ki, xəbər versin, gəlib onu tutsunlar.
Hakim Mollanı ətraflı danışdırıb əhvalatı öyrənəndən sonra soruşur:
-Bəs indi oğrunun yanında kim var?
Molla deyir:
-Heç kim.
Hakim soruşur:
-Yaxşı, sən deyirsən ki,onun ancaq ayaqlarını bağlamısan, yanında da heç kəs yoxdur, əlləri də açıqdır. Ayaqlarını açıb qaçar ki....
Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir:
-Hakim ağa, sən tamam haqlısan. Ancaq bu ki, mənim ağlıma gəlməyib, heç onun da ağlına gəlməyəcək. O da bizim yerlidir.
Doğrudan da gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına gəlməyib.

 


***

- Anaa ! Anaaaa!...... Atam özünü asıb!...
- Harda???
- Yataq otağında....
Ana qorxmuş halda yataq otağına gəlir və heç nə görmür.
- Ana, bu bir aprel zarafatı idi. Atam özünü yataq otağında yox, mətbəxdə asıb.

 


***

Pərviz qapını açıb tez-tez onlara qonaq gələn bir kişini gördü. O, uşaqdan soruşdu:
-Atan evdədir?
Uşaq cavab verdi:
-Bəli Sabir əmi.
-Bəlkə onun işi var?
-Xeyr, Sabir əmi, atama xoşdur, çünki pəncərədən baxanda sizi görüb dedi ki, “elə bir onun yeri əskik idi”.

 

Kiçik Pərviz sirkdə gördüyü möcüzələrdən atasına danışırdı:
-Gözbağlayıcı bir dəqiqədə 2000 manat pulu iki dəsmala çevirdi.
Atası başını oynadaraq dedi:
-Anan ondan da mahirdir, bir neçə gün bundan əvvəl yarım dəqiqə ərzində 200.000 manat pulu tülkü quyruğundan hazırlanmış gülünc bir papağa çevirdi

 


***

Müəllim: Pərviz, bu ki dünən qardaşının it haqqında yazdığı inşanın eynisidir.
Pərviz: Bəli, müəllim, bizim ikimizin bir iti var.

 


***

Otaqda on dörd dərəcə hərarət olanda Əhməd pəncərəni açdı.
Atası soruşdu:
-Pəncərəni niyə görə açırsan? Çöldə dörd dərəcə hərarət var.
-Elə ona görə açıram ki, bayırdan dörd dərəcə də içəri daxil olsun bir az qızışaq,-deyə Əhməd cavab verdi.

 


***

Kiçik Əli anasına dedi:
-Ana can, deyəsən bizimlə üz-üzə yaşayan qonşular xəsisdirlər.
-Necə, ana qurban?
-Çünki uşaq bircə qəpiyi udub, onlar gör necə çığır-bağır salıblar.

 


***

Axşamçağı ata qızlarını yanına çağırıb nə iş gördüklərini soruşur:
Böyüyü deyir:
-Mən bütün qab-qacağı təmiz yudum.
Ortancılı deyir:
-Mən onları dəsmal ilə quruladım.
Ən kiçiyi isə mızıldadı:
-Mən də onların qırıntılarını yığışdırdım.


***

Müəllim yolla gedir. Görür ki, balaca uşaqlar araq içir, siqaret çəkir və kart oynayırlar. Müəllim deyir:
-Siz niyə görə məktəbə gedmirsiz?
-Harda görmüsən ki, beş yaşında uşaqlar məktəbə gedsinlər.

 

Valideynləri uşağa:
- Əgər yaxşı oxusan sənə velosiped alacağıq, pis oxusan pianino alacağıq.

 

- Ata, yemək istəyirəm!
- Utan, mən sən yaşda olanda kosmonavt olmaq istəyirdim!

 


***

Uşaqları polis bölməsinə ekskusriyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!
Məmmədqulu soruşur: Bunları axtarırsız?
Polis işçisi: Bəli
Məmmədqulu: Bəs şəkillərini çəkəndə niyə tutmadız?


***

 


***

Bir baba nəvəsinə müharibədə başına gələn əhvalatlardan danışır:
- Düşmən bizi mühasirəyə almışdı. Bizi əsir aldılar. Düşmən komandiri dedi:
- Ya hamınız burda ölürsüz ya da sizin başınıza oyun gətirəcəyik.
Nəvəsi maraqla soruşur:
- Nə oldu bəs?
- Hamımızı öldürdülər...

 


***

Bir gün bir uşaq dəniz sahilində gəzirmiş birdən bir lampa görür və lampaya təpik vurur. Lampanın içindən bir cin çıxır və deyir:
- Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın.
İndi məndən nə istəyirsən denən.
- Üzr istəyirəm...

 


***

- Bu sıyığı yeməsən cinləri çağıracam.
- Ana, sən fikirləşirsən ki, cinlər bu sıyığı yeyəcək?

Ana 6 yaşlı oğluna:
- Sən yenə yeni şalvarla xizəkdən yıxılmısan!
- Ana, mən çox tez yıxıldım, ona görə də şalvarımı çıxarmağa macal tapmadım.

 


***

Bir uşaq bərbərxanaya gəlir:
- Mənim saqqalımı qırx.
Bərbər uşağın üzünü sulayır və oturub qəzet oxumağa başlayır.
- Sənə dedim axı saqqalımı qırx
- Üzünü sulamışam, gözləyirəm saqqalın çıxsın.

İki nəfər göbələk yığmağa getdilər. Qayıdanda bundan soruşurlar:
- Nə oldu, necə getdiz?
- Yaxşı!...
- Çox göbələk yığdız?
- 3 dənə. İkisini mən birini də traktor sürücüsü?
- Nə traktor?
- Bizi göbələk yığarkən düşdüyümüz bataqlıqdan çıxaran traktor.

 


***

Gecə vaxtı oğul atanın çarpayısına yaxınlaşır:
- Ata, sən yatmısan?
- Hələ yox.
- Onda mənə bir şirvan ver
- Oğlum mən yatmışam



Sehifemizi
Melumat
Burcler
Burcunu sec
Azeri MP3

Ip axtar

Google

Reklam
Satistika

2007 © Az-love.TK Web Master: ROMEO


Сайт создан в системе uCoz